Qənirə Pazayevanın bacısı vəzifəyə təyin olundu

img

17-09-2012 [03:51]


Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində yaradılan Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri təyin olunub. Mia.az xəbər verir ki, bu barədə Modern.az saytına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat verib. Qeyd edək ki, Kamalə Paşayeva bu təyinatadək bacısı Qənirə xanlmln rəhbərlik etdiyi ?Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu? İctimai Birliyində çalışıb. Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA