Partiya ABŞ səfiri ilə görüzün gizlinlərini açır

img

17-09-2012 [12:02]


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana yeni təyin olunan və bu günlərdə vəzifəsinin icrasına başlayan səfir Riçard Morninqstarın sentyabrın 14-də ölkənin bir neçə müxalifət partiyasının sədrləri ilə keçirdiyi görüş haqqında ?Yeni Müsavat? qəzetində yayılan məlumatlarla bağlı Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidməti açıqlama yayıb. Partiyanın mətbuat xidmətindən mia.az-a daxil olan məlumatda səfirlə görüşün gizlinləri açılır: ?Əslində, haqqında bəhs olunan görüşdə partiya sədrləri ilə ABŞ səfirinin razılaşması ?mətbuata heç bir açıqlama verməmək?lə əlaqədar deyil, aparılan müzakirələrin təfərrüatlarının açıqlanmaması ilə bağlı olub. Əgər qəzeti həmin görüşün detalları haqda məlumatlandıranlar savadsızlıqdan əziyyət çəkirlərsə və ya VİP-ə münasibətdə aşırı qərəzlərindən dolayı gerçəklik hissini itiriblərsə, bu, artıq bizə aid problem deyil. VİP-nin mətbuat xidməti daxili siyasi rəqabətdə şantaj xarakterli bu tip gedişlərin nəticəsiz qalacağını və belə üsullarla aparılan mübarizənin VİP-in rəqiblərinə əsla fayda gətirməyəcəyini bəyan edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA