Deputat Tofiq Yaqublunun qızının həbsinə haqq qazandırıb

img

14-09-2012 [08:51]


?Heç kim istəməzdi ölümlə nəticələnən belə bir hadisə baş versin. Bu, həmin gənc qızın taleyində də uğursuz bir məqamdır?. Müsavatçı Nigar Yaqublunun həbsinə münasibət bildirən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ?Media forum? saytına belə deyib. Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını ?KAMAZ? markalı avtomaşınla toqquşub. Sentyabrın 11-də Daxili İşlər Nazirliyi Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini açıqlayıb. Rəbiyyət Aslanova qeyd edib ki, hadisə baş veribsə, onu törədənin kimliyindən asılı olmayaraq hüquq mühafizə orqanları işi araşdırmalıdır: ?Məsələnin siyasiləşdirilməsinin əleyhinəyəm. Eyni zamanda siyasi mənsubiyyətinə, siyasətçi övladı olduğuna görə kiməsə güzəşt edilməsinin əleyhinəyəm. Hələlik biz bilmirik qəzada günahkar kimdir. Bunu istintaq, məhkəmə müəyyən edəcək. Cinayət olub-olmadığı məhkəmə hökmü ilə qətiləşəcək. Hadisənin obyektiv araşdırılması üçün təzyiqlərdən uzaq olmaq lazımdır. Hamımızın istəyi odur ki, məsələ çox obyektiv araşdırılsın. Mətbuat yazır ki, Nigar Yaqublu Müsavat funksionerlərindən birinin qızıdır və ona hansısa güzəştlər olmalıdır. Heç bir güzəşt olmamalıdır. İmkan vermək lazımdır ki, müvafiq orqanlar məsələni araşdırsınlar. Əgər Nigar Yaqublunun günahı varsa, cəzasını alacaq. Günahı yoxdursa, ona hər hansı cəza verilməyəcək. Nəyə görə o qızın ətrafında belə bir ajiotaj yaradılıb??. Nigar Yaqublu haqda seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi təkliflərinə gəlincə, Rəbiyyət Aslanova hesab edir ki, həbs qərarı təhqiqat nəticəsində seçilib: ?Bu, törədilən əməlin ağırlığından asılıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA