ADP bəyanat verdi

img

14-09-2012 [04:29]


Azərbaycan Demokrat Partiyası ABŞ-da Məhəmməd peyğəmbər haqqında çəkilən, İslamın müqəddəs şəxsiyyətini ləkələməyə yönələn və dünya müsəlmanlarının hiddətinə səbəb olan filmin yaradıcı heyətini qınayır. ADP-nin mətbuat xidmətindən verilən xəbərə görə, ADP bu hadisəni dünyada yaşayan bir milyarddan çox müsəlmanın dini inanclarının təhqir edilməsi və qərb cəmiyyətində dözümsüzlüyün inkişaf etməsi kimi dəyərləndirir. ADP, ABŞ-da Quranın yandırılması, Danimarkada peyğəmbərin karikaturasının çəkilməsi, Avstriyada məscidlərin minarələrinin tikilməsinə qoyulan qadağa, Fransada hicabın qadağan edilməsi və digər bu kimi hadisələri son illər qərb mədəniyyətində islamofobiyanın inkişaf etməsinin və islam mədəniyyətinə qarşı qeyri sağlam münasibətin formalaşmasının təzahürü kimi qiymətləndirir. ADP eyni zamanda islam ölkələrində bu təxribata qarşı aşkar zorakılıqla müşahidə olunan radikal qüvvələrin etirazlarını pisləyir, xüsusilə də Liviyada ABŞ diplomatlarının qətlə yetirilməsindən təəssüflənir, ABŞ xalqına və dövlətinə bağsağlıqlarını yetirir. ADP müsəlmanları bu cür təxribatlara getməməyə, islami dəyərlərə uyğun olaraq günahsız insanların qanını tökməkdən çəkinməyə, təmkinli olmağa və peyğəmbərimizi bütün dünyaya olduğu kimi tanıtmaq üçün daha ciddi şəkildə maarifçilik işləri görməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA