Əli Əliyev: "Harada istəyirəmsə, orada da oluram"

img

14-09-2012 [01:34]


Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Məclisdən uzaqlaşdırılmasının səbəbləri müzakirə edilib. Məşvərət Məclisinə üzv olduğu deyilən VİP sədrinin sonradan Məclisdə görünməməsi maraq doğurub. Onu siyasi sifarişlə Məclisdən uzaqlaşdıranlar və buna etiraz edənlər arasında yaranan mübahisə Məşvərət Məclisinin parçalanmasına səbəb olub. VİP sədri Əli Əliyevin Məşvərət Məclisindən uzaqlaşdırılmasının da AMİP lideri Etibar Məmmədovun sifarişi olduğu söylənilir. Məsələ ilə əlaqədar VİP sədri Əli Əliyev Teleqraf.com-a bildirib ki, Məşvərət Məclisinin tədbirləri, o cümlədən qurumun əsasnaməsinin imzalanması üçün dəvəti olub: ?Telefonumda rəsmi mesaj da var. Həmin tədbirin Məşvərət Məclisi formatında qurucularından biri ilə mənim ora gəlməyimin məqsəduyğunluğu mövzusunda fikri mübadiləsi aparmışıq. Mənim Məşvərət Məclisə gəlməməyimin subyektiv tərəfi var, hazırda onu araşdırmaqla məşğuluq. Məndən xahiş olunub ki, imzalanma mərasiminə qatılmayım, sonra izah olunacaq. Hazırda bu səbəbin araşdırılması ilə məşğulam. O təklifin kim tərəfindən edildiyi barədə araşdırma aparılır. Qurumun son iclasında bu məsələ müzakirə mövzusu olub. Bu yaxınlarda bu barədə açıqlama verəcəyəm?. ?Etibar Məmmədovun Sizin Məclisdə iştirakınıza qarşı olması realdırmı? sualına cavabında Ə. Əliyev deyib ki, onun qarşısını heç kim kəsə bilməz: ?Harada istəyirəmsə, orada da oluram. Qarşımı heç kəs kəsə bilməz, o cümlədən adını çəkdiyiniz şəxs. Əgər təşkilat o adamın nəzarəti altındadırsa, bu, başqa mövzudur. Bildiyimə görə elə deyil. Məşvərət Məclisi partiyaların bərabərhüquqlu birliyidir. Məndə olan məlumata görə, müzakirələrdə mənim ora dəvət olunmağımla bağlı heç bir problemin olmadığı barədə ümumi razılaşma var. Hazırda öz müttəfiqlərimizlə -Azərbaycan Liberal Partiyası və Yaşıllar Partiyası ilə bu məsələnin araşdırırıq. Onlar Məclisin toplantısında bu məsələni qaldırıblar?. Əli Əliyev qurumun toplantısına getməməsi üçün kimin xahiş etdiyini açıqlasa da, bunun arxasında hansı səbələrin dayandığını bilmir: ?Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli məndəndən xahiş edib ki, Məşvərət Məclisinin toplantısına qatılmayım. Mənə məlumat veriləcəyi bildirilib. Sentyabrın 4-dən sonra həmin şəxslə görüşüm olub. Mən səbəbi əsaslı hesab etməmişəm. Ona görə də hazırda araşdırma aparıram ki, həmin xahişin arxasında hansı səbəb durur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA