MMP 2013-cü il hazırlıqlarına bazladı

img

13-09-2012 [04:27]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında MMP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda partiyada xüsusi fəallığı ilə seçilən fəal gənclər də iştirak edib. Siyasi Şuranın gündəliyində duran əsas məsələlər; 2013-cü ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərinə partiyanın iştirakı, bunun ücün muvafiq tədbirlərin görülməsi haqda tədbirlər planının hazırlanması,MMP rayon təşkilatlarında bu yöndə ciddi hazırliqlar , həmçinin partiyadaxili məsələlərin müzakirəsi və yekun qərar qəbul etmək. Siyasi Şuranın toplantısını giriş sözü ilə açan MMP sədri Hafiz Haciyev ilk öncə ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə münasibətini bildirib .Sonra Prezident seçkiləri ərafəsində yaranacaq hır hansı vəziyyətə uyğun partiyadaxili aktivliyin artırılması üçün öz tövsiyələrini verib. Daha sonra Partiyanın ümumilikdə cari ildə gördüyü işlərin və MMP rayon təşkilatlarının ayrı-ayrılıqda hesabatı dinlənilib.Partiya sədri Hafiz Haciyevin sabiq prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənərək üldürülməsi iddiası ilə baş prokurorluğa müraciət etməsi və məsələnin Azərbaycan cəmiyyətində yaratdığı rezonans da toplantıda müzakirə edilib. Toplantının sonunda 2013-cü il prezident seçkisində MMP-nin iştirak edib-etməməməsi məsələsi müzakirəyə çıxarılıb.SŞ partiya üzvlərinin çoxsaylı müraciətini nəzərə alaraq, partiyanın bu dəfə də seçkidə iştirak etməsi haqda qərar qəbul edib ki,məsələ partiyanın növbəti qurultayında baxılmaq üçün gündəliyə salınsın. MMP tərəfindən prezidentliyə bu dəfə kimin namizədliyinin irəli sürülməsi məsələsi isə hələlik müzakirə mövzusu olaraq qalıb.Qərar qəbul edilib ki,yaxın zaman kəsiyində bu məsələnin müzakirəyə cıxarılması üçün məsləhətləşmələr aparılsın və yekun qərar SŞ-nın növbəti toplantısında səsə qoyulsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA