Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı seçki müzakirəsinə bazlayır

img

13-09-2012 [01:23]


Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı (DCUMH) seçki qanunvericiliyi ilə bağlı təkliflərinin ictimai müzakirəsini keçirəcək. İctimai müzakirə 14 sentyabr 2012-ci il caat 11-00-dan 13-00-dək Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Bu barədə məlumatı DCUMH-nın İdarə Heyətinin üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli verib. Onun sözlərinə görə, tədbirdə qurumun avqustun 6-dakı iclasında qəbul edilmiş ?Seçki qanunvericiliyinin islahatının əsas istiqamətləri barədə? təklifləri müzakirə olunacaq. İctimai müzakirəyə beynəlxalq təşkilatların, səfirliklərin, siyasi partiyaların, QHT-lərin nümayəndələri eləcə də, seçki üzrə mütəxəssislər, politoloqlar, mətbuat nümayəndələri və s. dəvətlidirlər. Xatırlatmaq istəyirik ki, DCUMH bu ilin yanvar ayında təsis olunub və demokratik seçki mühitinin yaradılması uğrunda mübarizə aparan qurumdur. Hazırda bu qurumun tərkibində KXCP, Azadlıq, Azad Azərbaycan və Aydınlar Partiyası birgə fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA