Müsavat Nigar Yaqublu ilə bağlı bəyanat verdi

img

12-09-2012 [04:02]


Dünən 11 sentyabrda Daxili İşlər Nazirliyi 25 avqust 2012-ci ildə Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzası haqqında rəsmi məlumat yayıb. Xatırladırıq ki, həmin avtomobil qəzasında Müsavat Partiyasının üzvü - Aydın Acalov vəfat edib. Partiyanın bununla bağlı yaydığı bəyanatda deyilir: ?Məlumatdakı bir sıra məqamlar həqiqətə uyğun deyil. İstintaq orqanı hərtərəfli araşdırma və təhqiqat aparmadan avtomobil qəzasının törədilməsində Müsavat Partiyasının başqa bir üzvünü ? Nigar Yaqublunu günahkar sayır. Dünən Abşeron rayon məhkəməsi Azərbaycan məhkəmə praktikasında çox nadir hallarda rast gəlinən bir qərar çıxarıb ? Nigar Yaqublu haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu, təkcə humanizm prinsiplərinə zidd bir qərar deyil, həm də az ağır cinayətlər törədildikdə həbs qətimkan tədbirinin seçilməsi praktikasının məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Avropa Konvensiyasına uyğun qəbul etdiyi qərarına da ziddir. Üstəlik Respublika Baş Prokurorunun da belə hallarda həbs qətimkan tədbirinin seçilməsindən az istifadə olunması ilə bağlı xüsusi göstərişi var. Sözü gedən hadisə də qəsdən edilmiş cinayət yox, təsadüf ucbatından baş vermiş yol-qəza hadisəsidir. Müsavat Partiyası hesab edir ki, Nigar Yaqublu həbsə alınmadan da hadisə ilə bağlı istintaq hərəkətləri aparmaq olar və bu istintaqın obyektiv, qərəzsiz və ədalətli aparılacağı təqdirdə şübhəsiz, onun təqsirsizliyi sübut olunacaq. Nigar Yaqublunun həbsi ölkə ictimaiyyətinin geniş narazılığına səbəb olub və onun azadlığa buraxılması ilə bağlı müxtəlif istiqamətlərdə ciddi ictimai kampaniyalar başlayıb. Müsavat Partiyası əmin olduğunu bildirir ki, ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları qanunçuluğu, ictimai rəyi, Nigar Yaqublunun gəncliyini nəzərə alaraq Abşeron rayon məhkəməsinin yanlış qərarının dəyişdirilməsi, gənc qızın dərhal azadlığa buraxılması yönündə təxirəsalınmaz və təsirli tədbirlər görəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA