AiDP-də seçkiyə hazırlıq toplantısı

img

11-09-2012 [01:56]


Bu gün Azərbaycan İslam Demokrat Partiyasında ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Müzakirələrdə qarşıdan gələn prezident seçkisi, müxalifətin seçki hazırlıqları və digər məsələlərə toxunulub. Çıxışçılar öncə Ramil Səfərovun azadlığa buraxılması məsələsinin emosional müstəvidən çıxarılmasını tövsiyə ediblər. Bildirilib ki, istər iqtidar, istərsə də müxalifət mediası bu hadisəni şişirtmədən əl çəkməlidir, çünki bu məsələ qabardıqca ermənilər və onların havadarları öz niyyətlərini həyata keçirmək şansı qazanırlar. Prezident seçkiləri ilə bağlı aparılan müzakirələr zamanı qeyd olunub ki, istər iqtidar. istərsə də müxalifət cəmiyyətin bu prosesə hazırlanması istiqamətində heç bir iş görmür. Bildirilib ki, bu amil, yəni cəmiyyətin aktivləşməməsi iqtidara sərf edir. Amma müxalifətin bu yöndə iş aparmaması bütövlükdə düşərgənin ziyanınadır və bununla növbəti məğlubiyyətin əsası qoyulur. Müzakirə iştirakçıları müxalifət düşərgəsində seçkiyə hazırlıq prosesinin aparılmadığı qənaətini irəli sürüblər. Qeyd olunub ki, İctimai Palatanın başında duran qüvvələrin iqtidarın palanları çərçivəsində hərəkət etməsi bütövlükdə düşərgənin zəifləməsinə gətirib çıxarıb. Çıxışçılar qeyd ediblər ki, adını müxalifət mediası qoyan quruluşlar müxalifətə və cəmiyyətə deyil, bəzi oliqarxların təbliğatına, onların çəkişmələrinə daha çox yer ayırır. Bu səbəblərdən yana müxalifət düşərgəsində yeni paraçalanmaların olacağı bildirilən iclasda qey edilib ki, islamçı demokratlar bütün problemlərə baxmayaraq cəmiyyətin siyasi maariflənməsi. seçki zamanı fəllaşması istiqamətində apardığı işləri dayandırmayacaq və işini bu istiqamətdə quran qüvvələrlə əməkdaşlığı genişləndirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA