ADP Avropaya çağırız etdi

img

10-09-2012 [05:24]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilb. Tolantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun prezident fərmanı ilə əhv edilməsindən sonra bir sıra beynəlxalq birliklərin xüsusilə də Avropa Parlamentinin dinləmələr keçirmək istəyi, bu istiqamətdə ölkəmizə basqıların artması ilə əlaqədar partiyanın İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: ?ADP R.Səfərovun bu şəkildə azadlığa buraxılmasını təqdir etməsə də, onun əhf edilməsi ilə əlaqədar beynəlxalq səviyyədə yaranmış fürsətdən bəzi dairələrin, xüsusilə də Avropa Parlamentinin sui istifadə edərək Azərbaycana qarşı hər hansı qərarlar qəbul etmək istəklərini qətiyyətlə pisləyib. ADP İdarə heyəti Avroparlamentin bu niyyətinin İ.Əliyevin məlum fərmanına adekvat olmadığını, Azərbaycana qarşı qərəzin və ermənipərəstliyin üstünlüyünü ehtiva etdiyini qeyd edib. ADP İdarə Heyəti hesab edir ki, Azərbaycan hakimiyyətinin atdığı səhv addımın nəticəsində ölkədə demokratik dünya birliyi ilə əlaqələrə beynəlxalq təşkilatlar tərəfindən daha ağır zərbə vuracaq addımların atılması tamamilə qəbuledilməzdir. ADP İdarə Heyəti beynəlxalq təşkilatları ədalətli olmağa, regiondakı hadisə və prosesləri düzgün qiymətləndirməyə və Azərbaycanın demokratik birliklərə inteqrasiyasına mane olacaq addımlar atmamağa çağırıb.? İdarə Heyəti NATO Baş katibi A.F.Rassmussenin ölkəmizə səfərinin nəticələrinə də münasibət bildirib, onun ölkəmizdə insan hüquqları, demokratiya, eləcə də islahatların keçirilməsi ilə bağlı etdiyi çağrışları təqdir edib və hakimiyyəti Avroatlantik məkana inteqrasiya olunmanın əsas şərti olan bu çağrışlara adekvat reaksiya verməyə səsləyib. İdarə Heyəti Xəzərdə ?Kəpəz? yatağı ilə bağlı Azərbaycan və Türkmənistan arasında yaranan anlaşılmazlıqlardan narahat olduğunu bildirib. Bu münaqişənin yaranması səbəbi kimi Xəzərin hüquqi statusunun hələ də müəyyən edilməməsi olduğunu qeyd etməklə, statusun müəyyənləşməsinədək iki qardaş ölkə rəhbərliyini münaqişədən çəkinməyə və dənizdəki mübahisəli yataqları əməkdaşlıq şəraitində istismar etməyə çağırıb. İdarə Heyəti son vaxtlar Bakı şəhərində və ondan kənar ərazilərdə qəzet köşklərinin ləğv edilməsi, qəzetlərin satışının məhdudlaşdırılması cəhdlərindən ciddi narahat olduğunu bildirib və bu cəhdləri ölkədə söz və mətbuat azadlığının, informasiyaların yayılması haqqında qanunun tələblərinin pozulması kimi dəyərləndirib və hakimiyyəti demokratiyanın təməl prinsipi olan söz və mətbuat azadlığının pozulmasına qarşı yönələn bu hərəkətlərdən çəkinməyə, konstitusiya və beynəlxalq öhdəliklərlə üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməyə çağırıb. İdarə Heyəti üzvləri ölkə prezidentinin ?Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı? barədə imzaladığı sərəncama münasibət bildirib və korrupsiyaya qarşı mübarizə üçün bu cür deklorativ xarakterli və siyasi konyunkturaya hesablanmış sərəncamların yetərsiz olduğunu diqqətə çəkib. Korrupsiyanın dövləti cinayət olduğuna diqqət çəkən partiya yetkililəri dövlətin iqtisadi varlığını sarsıdan və onun siyasi sistemini ləkələyən bu neqativ hala qarşı mübarizə üçün hər hansı komissiyaya ehtiyac olmadığını, hüquq mühafizə orqanlarının normal işləməsini təmin etməyin kifayət etdiyini bildirib. Eyni zamanda İdarə Heyətində bir daha vurğulanıb ki, bu məsələdə həlledici amil hakimiyyətdə olan qüvvənin siyasi iradəsinin olub olmamasıdır. İdarə Heyətində partiyanın Saatlı rayon təşkilatının fəalı İlham Süleymanovun rayon məhkəməsi tərəfindən 6 ay azadlıqdan şərti məhrumetmə cəzasına məhkum edilməsi və partiyanın fəal gənclərindən biri Rəsul Mürəslovun siyasi sifarişlə, guya Azərbaycan-Gürcüstan sərhədini pozması ittihamı ilə həbs olunması qətiyyətlə pislənilib, onların ADP üzvü olduqlarına görə və siyasi sifarişlə cəzalandırıldıqları qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA