Müsavat Partiyasının ümumrespublika müzavirəsi keçirilib

img

10-09-2012 [12:57]


Bu gün Müsavat Partiyasının qərargahında partiyanın ümumrespublika müşavirəsi keçirilib. Müsavat Partiyası başqanı İsa Qəmbərin giriş sözü ilə başlayan müşavirə altı saata yaxın davam edib. Müşavirədə partiyanın rayon-şəhər təşkilatları sədrləri, başqan müavinləri, funksionerlər və partiya fəalları iştirak edib. Tədbirdə Arif Hacılı məruzə ilə çıxış edib. Divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı və digərlərinin nitqləri dinlənilib. Müşavirədə rayon-şəhər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qurultaya hazırlıq mərhələsində bütün təşkilatlarda konfrans və ümumi yığıncaqlarının keçirilməsinin başa çatdırılması, partiyaya yeni üzvlərin, o cümlədən gənclərin, qadınların cəlb edilməsinə diqqətin artırılması, partiya strukturlarının möhkəmləndirilməsi və respublikanın bütün bölgələrində zona müşavirələrinin keçirilməsi barədə tapşırıqlar verilib. Qeyd edək ki, müşavirə mətbuata qapalı keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA