Sabiq baz prokurorların ?döyüzü?nə start verilir

img

09-09-2012 [06:21]


[b]İxtiyar Şirinlə Əli Ömərovun məhkəmə çəkişməsi növbəti ?raund?da daxil olub[/b] Azərbaycanın iki sabiq baş prokuroru ? İxtiyar Şirinlə Əli Ömərov arasındakı məhkəmə çəkişməsi növbəti ?raund?da qədəm qoyub. Artıq tərəflər arasındakı məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Mia.az ?Reytinq?ə istinadən xəbər verir ki, sabiq baş prokurorlar arasında gərginlik Əli Ömərovun ?Yeni Müsavat? qəzetinə verdiyi müsahibədən qaynaqlnıb. O, həmin müsahibəsində sələfi İxtiyar Şirinin narazılığına səbəb olan ifadələr işlədib: ?4 iyul 1994-cü ildə Gəncədə baş verən hadisələrlə bağlı müsahibə verən Əli Ömərov İxtiyar Şirinin əleyhinə bəzi ifadələr işlədib ki, bu da qarşı tərəfin həddən artıq narazılığına səbəb olub. Ona görə də, o, Əli Ömərovun haqqqında Nəsimi Rayon Məhkəməsində şərəf və ləyaqətinin müdafiəsi və mənəvi ziyandan bəhs edən iddia qaldırıb. Lakin rayon məhkəməsinin çıxardığı qətnamə İxtiyar Şirini qane etməyib. Sabiq baş prokuror birini məhkəmə instansiyasında xələfi Əli Ömərovun xeyrinə başa çatan məhkəmə işi ilə bağlı apellyasiya şikayəti verib. Hazırda onun şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub?. Məlumata görə, İxtiyar Şirinin ?Yeni Müsavat? qəzetini də maraqlı şəxs qismində cəlb etdiyi məhkəmə işi üzrə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılır: ?Hakim Cəmilə Səfiyeva şikayət üzrə sentyabrın 13-nə proses təyin edib?. Xəbərlə bağlı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA