iP 2013-lə bağlı memorandum qəbul edib

img

08-09-2012 [09:50]


Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirilib. Koordinasiya Şurasının üzvü Ədalət Yusibovun sədrliyi ilə keçirilən sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması və əfvinə münasibət bildirilib. Sessiya öz işinə başlamamış gərgin anlar yaşanıb. Belə ki, gündəlik səsə qoyulmamış İP üzvü Elman Cəlilov növbədənkənar söz istəyərək təkilflərinin olduğunu deyib. O, neft müqavilələrin dayandırılması və dövlət gerbimizdən Allah sözünün çıxarılması təklifinin səsə qoyulmasını istəyib. Onun bu təklifi səs-küylə qarşılanıb. Sessiyanın sədri məsələni gündəmə qoymaq istəməsə də, İP KŞ üzvü Pənah Hüseyn təklifə xüsusilə sərt reaksiya verərək, səsverməyə qoulmasını istəyib. Səsvermə nəticəsində Elman Cəlilovun təklifi rədd edilib. Çıxış üçün söz alan AXCP sədri Əli Kərimli ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı geniş çıxış edib. AXCP sədri 2013-cü il prezident seçkiləri ilə bağlı diqqətçəkən fikirlər də səsləndirib: ?Biz səmimi olmalıyıq, bugünkü seçki sərtləri heç birimizə seçilmək, qalib gəlmək şansı tanımır. Ona görə də, həmin o real olmayan şanslara görə müxalifət düşərgəsində hər hansı gərginlik yaratmaqdansa normal şəraiti yatarmaq üçün bir araya gəlmək lazımdır. Hesab edirəm ki, İP-in ölkədə demokratik seçki mühitini təmin etmək, demokratik potensialı bir araya gətirmək istiqamətində addımlar davam etməlidir. Bizim hamımız üçün bu məsələlərdə biriliyin və həmrəyliyin əldə olunmasının bir siyasi platforması ola bilər. Bu gün kimlər özündə güc tapıb, doğrudan da Azərbaycanın xilası üçün, İlham Əliyevin anti-konstitusion addımının dayandırılması üçün bir araya gəlcəksə onların hamısı ilə birgə yola davam etməliyik; xalqın, tələbələrin içərisinə getməliyik, daha böyük tədbirlər üçün hazırlıqlarımızı davam etdirməliyik?. Daha sonra Müsavat Partiyasını başqanı İsa Qəmbər, İP Koordinasya Şurasının üzvü Pənah Hüseyn, Mustafa Hacıbəyli, Zəminə Dünyabalıyeva, Ərəstun Oruclu və digərləri də iştirak ediblər. İclasda İctimai Palatanın siyasi məhbuslarla bağlı bəyanat qəbul edilib. Bəyanat müəllifləri hazırda İctimai Palatanın 2011-ci ildə keçirdiyi aksiyalara görə həbs edilən AXCP üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərli, jurnalistlər (Əvəz Zeynallı və digərləri), hüquq müdafiəçiləri (Müsavat Partiyasının üzvü Taleh Xasməmmədov və digərləri), hicab probleminə etiraz edən xeyli sayda inanclı vətəndaşın azad olunmasını tələb ediblər. Sessiyanın sonunda ?2013-cü il prezident seçkisi ilə bağlı memorandum? qəbul edilib. 6 bənddən ibarət memorandumda seçki ilə bağlı son mövqeyin yalnız seçki ərəfəsində qəti şəkildə formalaşdırılması məqsədəuyğun sayılır. İctimai Palata (İP) 2013-cü il prezident seçkilərini indiki siyasi proseslərin ən mühüm hadisələrindən sayır. İP-nin sessiyası Hesab edir ki, 2013-cü il prezident seçkisi ölkənin avtoritarizmdən demokratiyaya keçid məsələsində Azərbaycan cəmiyyəti üçün ən əlverişli şanslardan biridir. Memorandumda İP-nin vahid namizəd məsələsinin gündəmdə olmadığı bildirilir. Qeyd edilir ki, İP geniş demokratik çevrənin birgə iştirakını faydalı və arzu edilən sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA