ADP Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək

img

27-08-2012 [05:43]


Bu gün ADP idarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Britaniya parlamentinin himayəsi ilə yaradılan ?Ədalətli vergi sistemi? qeyri-hökumət təşkilatının hazırladığı hesabat üzrə Azərbaycandan 48 milyard pul vəsaitinin çıxarılması ilə bağlı fakta münasibət bildirib və ölkənin iqtisadi təhlükəsizliyini təhlükə altına salan bu faktın araşdırılması üçün Milli Təhlükəsizlik nazirliyinə müraciət edilməsini qərara alıb. İdarə Heyəti üzvləri son vaxtlar orduda baş alıb gedən intihar və digər səbəblərlə bağlı ölüm faktlarının artmasından ciddi narahat olduğunu bildirib və Müdafiə Nazirliyini orduda hərbi intizamın gücləndirilməsi, əsgərlərin təhlükəsizliyinin qorunması istiqamətində təcili addımlar atmağa, bu və ya digər formada baş verən ölüm faktlarının qarşısını almağa çağırıb. İdarə Heyəti üzvləri ölkənin dini kəsiminə, ayrı-ayrı inanc sahiblərinə uzun müddətdən başlayaraq davam edən təqib və təhdidlərdən, onlara qarşı yeridilən repressiv siyasətdən narahat olduğunu bildirib və ölkə rəhbərliyini beynəlxalq təşkilatların hesabatlarında yer alan bu neqativ faktlardan nəticə çıxarmağa, xuliqanlıq, narkotik maddələrdən istifadə edilməsi adı altında inanc sahiblərinin həbs edilməsi faktlarına son qoymağa və həbsdə olan şəxsləri dərhal azadlığa buraxmağa çağırıb. İdarə Heyəti üzvləri Suriyada baş verən hadisələrdən sonra bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsi faktlarının gündəmə gəlməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti ölkənin yurisdikssiyasına daxil olan ərazilərə başlayan bu axının qarşısını almağa və lazım gələrsə onların yerləşdirildiyi ərazilərə preventiv zərbələr endirməyə çağırıb. İdarə Heyəti üzvləri türkdilli dövlətlərin Qığızıstan paytaxtında keçirilən sammitin nəticələrinə münasibət bildirib və bu sammitdə türkdilli dölətlərin gələcəkdə daha sıx əməkdaşlaığına xidmət edən bəyanatlar verilməsini və iştirakçı dölətlərin milli işarətlərini özündə simvolizə edən vahid bayraq qəbul edilməsini alqışlayıb, eyni zamanda Özbəkistan və Türkmənistan respublikalarının bu sammitdə təmsil olunmamasından təəssüfləndiyini bildirib. İdarə Heyəti üzvləri Fransanın yeni prezidenti tərəfindən qondarma erməni genosidi məsələsinin ortaya atılması, hətta bu məsələnin dərsliklərə salınması cəhdlərini qətiyyətlə pisləyib və bu cəhdin demoktatik bir ölkədə təhsilin siyasiləşdirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Toplantı iştitrakçıları eyni zamanda İsrailin informasiya və diaspora fəaliyyəti üzrə nazirinin İrəvana səfər zamanı qondarma erməni genosidi memorialına getməsi və genosid məsələsində hər iki ölkənin birgə fəaliyyət göstərməsinin vacibliyi barədə bəyanatla çıxış etməsi faktından narahat olduğunu bildirib və ermənilərə bu cür açıq himayədarlıq edilməsinin adı çəkilən dövlətlə münasibətlərində öz yaxın qonşuları ilə üz-üzə gəlmək risqini yaşayan ölkəmizin milli maraqlarına qarşı yönəldiyini diqqətə çatdırıb və hakimiyyəti qarşılıqlı maraqlarımıza toxunan bu həırəkətlərinə görə İstraildən izahat tələb etməyə çağırıb. İdarə Heyət üzvləri bir vətənaşımızın Zərdab rayon polis şobəsinə aparıldıqdan sonra vəfat etməsi və ehtimallara görə onun polis bölməsində verilən işgəncələr nəticəsində öldürülməsi gaktından narahat olduğunu bildirib və aşkar təhqiqat aparılması üçün respublika prokurorluğuna məktubla müraciət etməyi qərara alıb. İdarə Heyəti üzvləri son vaxtlar mərhum eks-prezident Ə.Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı iddiaların ortaya gəlməsi və bu iddialar zəminində hüquq mühafizə orqanlarının istintaq əməliyyatlarına başlaması məsələsini müzakirə edib və spekuliyativ məqsəd daşıyan bu cür cəhdlərin qarşıdan gələn prezident seçkilərində müxalif qüvvələri gözdən salmağa və onların mütəşəkkiliyini pozmağa hesablanməış cəhd kimi dəyərləndirib və hakimiyyəti bu cür ucuz manipulayasiyalar etməkdən geri durmağa və ictimaiyyətin diqqətini hakimiyyətin qanunsuz əməllərindən və özbaşınalıqlarından yayındırmağa xidmət edən bu cür əməllərdən əl çəkməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA