Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı toplanıb

img

27-08-2012 [02:36]


Bu gün - 2012-ci il avqust ayının 27-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. Qərarlarının icrası barədə məlumat nəzərə alınıb. 16 siyasi partiyanın 2013-cü il prezident seşkiləri ərəfəsində seçki qanununda dəyişikliklər və demokratik mühitin yaradılması üçün müxalifətin daha geniş əməkdaşlıq formatı olan Demokratik Qüvvələrin Məşvərət Məclisinin yardılmasını təqdir edir. DCUMH İdarə Heyəti müxalifətin bir arada olmasının alternativi olmadığını bəyan edir, Müsavat və AXCP-nin də ümummüxalifət birliyində olacağına ümid bəsləyir. DCUMH İdarə Heyəti seçki qanununda dəyişikliklərlə bağlı təkliflərin siyasi partiyaların, QHT-lərin, mətbuatın iştirakı ilə geniş müzakirəsinə hazırlıq tədbirlərini nəzərdən keçirmişdir. DCUMH İdarə Heyəti İran hökumətindən heç bir günahı olmayan azərbaycanlı şairlərin dərhal azad olunmasını bir daha tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA