ALP zona müzavirəsi keçirdi

img

25-08-2012 [08:15]


52;n Azərbaycan Liberal Partiyanın rayon və Bakı şəhər təşiklatlarının rəhbərliyi ilə zona müşavirəsi keçirilib. Bu barədə MİA-ya ALP sədri Əvəz Temirxan məlumat verib. Zona müşavirəsində ALP sədri Əvəz Temirxan ölkədə və regionda baş verən siyasi proseslər əlaqədar informasiya verib. Daha sonra partiya sədri müxalifətdaxili inteqrasiyaya diqqət yetirib. Bununla əlaqədar partiya rəhbərliyinin nümayəndələri çıxış edərək bildiriblər ki, Azərbaycan Liberal Partiyası digər qüvvələrlə demokratik seçkiqabağı mühitin yaradılmasında əməkdaşlığı zərurətdir. Bundan əlavə, müşavirədə ALP-nin qarşıdan gələn prezident seçkilərində işirakı məsələsi müzakirə olunub. Toplantı iştirakçıları bildiriblər ki, əgər ən optimal demokratik seçki mühiti yaranarsa, ALP prezident seçkilərində iştirak edəcək. Sonda partiyanın İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə ALP rayon təşkilatlarının sədrlərinə təşkilatlanma ilə bağlı cari tapşırıqlar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA