17 müxalifət partiyası bir araya gəldi

img

24-08-2012 [05:30]


Bu gün 17 siyasi partiyanın iştirakı ilə müxalifət qüvvələrinin görüşü keçirilib. AMİP-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilən görüşdə Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar partiyası), Fuad Əliyev (ALDP), Arif İsmayılbəyli (VHP), Bakir Həsənbəyli (Ümid), Hacıbaba Əzimov (VAMBP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər. Müzakirələrdə demokratik seçki mühitinin formalaşdırılması üçün seçki məcəlləsinə əlavə və dəyişikliklər, demokratik müxalifətin inteqrasiya perspektivləri və digər məsələlər müzakirə olunub. Müzakirələrin sonunda müxalifət qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və müzakirələrin davamlılığını təmin etmək məqsədilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) yaradılması qərara alınıb. İştirakçılardan yalnız AXCP nümayəndəsi Həsən Kərimov səsvermədə iştirak etməyərək partiyanın müvafiq qurumlarında müzakirə edildikdən sonra mövqe bildirəcəklərini deyib. Qərara alınıb ki, növbəti toplantıya qədər Məşvərət Məclisinin Əsasnaməsi hazırlansın və müzakirəyə çıxarılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA