Mübariz Qurbanlı: ?Seçki komissiyaları tam müstəqildir?

img

23-08-2012 [06:22]


?Müxalifətin seçki məcəlləsinə iradları növbəti seçkidə öz uğursuzluğunu sığortalamaq xarakteri daşıyır?. Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. ?Bu qanunvericilik əsasında biz gələn il də azad, ədalətli və demokratik seçkilər keçirməyə nail ola biləcəyik. Odur ki, müxalifəti təmsil edən siyasi partiyaların, təşkilatların seçki qanunvericiliyi ilə əlaqədar iradları və iddiaları əslində həmin təşkilatların növbəti seçkilərdə uğursuzluqlarını indidən sığortalamaq məqsədi daşıyan təbliğat xarakterli addımlardır?. YAP rəsmisi hesab edir ki, mövcud Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq qurumların tövsiyələri də nəzərə alınıb və o, bütün siyasi partiyaların maraqlarını ifadə edir: ?Seçki komissiyaları tam müstəqildir və onlar heç bir siyasi qüvvədən asılı vəziyyətdə deyil. Komissiyalar paritet əsaslarla parlamentdə çoxluq və azlığı təmsil edən partiyaların, eləcə də bitərəflərin nümayəndələrindən təşkil olunur. Eləcə də, dövlət normal seçkilərin keçirilməsi üçün bütün şəraiti yaradıb?. Gələcəkdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi yönündə müəyyən addımlar atıla biləcəyini deyən M. Qurbanlı hesab edir ki, sənədi köklü surətdə dəyişməyə ehtiyac yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA