Elçibəyin ölümü ilə bağlı qəsdən adam öldürməyə cəhd maddəsilə cinayət izi açılıb

img

17-08-2012 [05:57]


Sabiq ölkə prezidenti Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsi barədə "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb. Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyib. E.Sultanovun sözlərinə görə, araşdırma zamanı H.Hacıyev və başqaları Əbülfəz Elçibəyin ölümündən əvvəl zəhərləndirilməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən töridilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA