islam Əməkdazlıq Təzkilatı Ermənistanın təcavüzünü pisləyən bəyamnamə qəbul edib

img

16-08-2012 [02:33]


14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçirilib. Sessiyada dünya müsəlmanlarının narahatçılığına səbəb olan məsələlər müzakirə olunub, Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilib. Zirvə Toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyini əks etdirən Yekun Bəyannamə qəbul olunub. Qəbul olunmuş bəyannamədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və Ermənistanı silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA