Müxalifətdaxili əməkdazlıq perspektivlərini müzakirə etmək üçün görüz keçirlib

img

13-08-2012 [03:48]


Bu gün AMİP Qərargahında AMİP və Dünyəvi Bozqurd partiyasının təşəbbüsü ilə müxalifətdaxili əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirlib. Görüşdə Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP),Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP),Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası) həmçinin Demokratik İslam Partiyasının sədri Tahir bəy iştirak edib. Səmərəli keçən müzakirələrdə qərara alınmışdır ki, demokratik seçki mühitinin formalaşdırılması üçün hüquqi və siyasi sənədlərin hazırlanması həyata keçirilsin və sentyabrın ilk həftəsində keçirələcək növbəti görüşdə həmin sənəd müzakirəyə çıxarılsın. Müzakirələr zamanı partiyalar arasında əməkdaşlıq və bu istiqamətdə real və konkret addımların atılması vacib hesab edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA