Türkiyə səfirliyi qarzısında aksiya keçirilib

img

11-08-2012 [09:27]


Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında həmrəylik aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd son zamanlar qardaş Türkiyədə PKK terror təşkilatının həyata keçirdiyi terror aktlarını qınamaq olub. Aksiya Mustafa Kamal Atatürkün abidəsini ziyarətlə başlayaraq daha sonra səfirliyin önünə doğru yürüş keçirilib. Yürüş içtirakçıları ?Azərbaycan-Türkiyə!?,?Türkiyə səninlə qürur duyuruq!?, ?PKK-ya ölüm!?, ?PKK- erməni dostluğuna ölüm!? şüarları səsləndirilib. BDM-in aparat rəhbəri Samir Adıgözəlli çıxışında qeyd edib ki, PKK teror təşkilatını dünyanın bəzi aparıcı gücləri silahla təmin edirlər. Onların məqsədi Türkiyəni parçalamaqdır. Daha sonra çıxış edən İsmayıl Ağayev Azərbaycan dövlətinin və xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu və bundan sonra da hər cür dəstəyini əsirgəməyəcəyini qeyd edib. Aksiyada iştirak edən BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev çıxışında PKK-nın terror olaylarını şiddətlə qınayaraq, dünyanın bütün yerlərində Azərbaycan və türk diaspor təşkilatlarının bu hadisələrə qarşı birgə mübarizəsini vurğulayıb. Sonda aksiyanın qətnaməsi oxunaraq səfirliyin nümayəndəsinə təqdim olunub. Həmrəylik aksiyasında DAK və ASİM-DER Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Qarabağ veteranları və QHT nümayəndələri iştirak edib. Həmrəylik aksiyası insidentsiz başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA