Partiya sədri olimpiadadan narazı qalıb

img

11-08-2012 [05:51]


olimpiadası göstərdi ki, Azərbaycan hakimiyyətinin idman siyasətində ciddi problemlər var. İdmançıların belə nəticəsizliyi sübut edir ki, qoyulan yatırımlar düzün yönəldilməyib". Bu fikirləri AİDP sədri Tahir Abbaslı deyib. Onun fikrincə idman sahəsinə dövlət qayğısı vacibdir amma, bu ayrı-ayrı idmançıların, xüsusilə də iqtidarı tərif edənlərə xərclənməsi düz deyil: "İdmançıların müxtəlif vəzifələrə irəli çəkilməsi isə başqa bir problemdir. Nəticə qazanıb hakimiyyəti tərifləyənə vəzifə verirlər. Halbuki həmin idmançıların bu sahədə qalmalarına şərait yaradılmalıdır. Xarici ölkələrdə belə təcrübə yoxdur. İdmançı yaşı və sağlamlığı imkan verən müddətə qədər bu sahədə qalır və nəticələri də yüksək olur. Bizdə isə idmana idmançı karyerası qurmaq üçün deyil, nəticə göstərib vəzifə əldə etmək pilləsi kimi baxırlar". T.Abbaslı hesab edir ki, əsasən nazirlərdən ibarət olan federasiya rəhbərləri özlərinin adı çıxsın deyə bu və ya digər şəkildə şirnikləndirici mükafatlar verməklə müəyyən nəticələr əldə etsələr də bu, ümumu inkişafa səbəb olmayıb. Məhz bunun səbəbidir ki, müxtəlif sahələr üzrə idman məktəbləri yaranmayıb, legioner ümidinə qalmışıq. AİDP sədrinin sözlərinə görə, hökumət bu siyasətini dəyişməsə, nəticə daha da aşağı səviyyəi olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA