QAT ermənilərin Bakıda konsert verməsi ilə bağlı bəyanat verdi

img

10-08-2012 [01:36]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan Dövlət Gənclər Orkestrinin Bakıda konsert verməsi ilə bağlı bəyanatla çıxış edib. QAT mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilib ki, QAT-ın mövqeyi birmənalıdır və istənilən səviyyədə, formatda Ermənistan və Azərbaycan cəmiyyətləri arasında təmasın əleyhinədir: ?Bu, yalnız ermənilərin maraqlarına xidmət edir. Çünki, belə layihələr işğal faktının unutdurulmasına və Ermənistanın işğal olunmuş ərazilərdə möhkəmlənməsinə yönəlib. Beynəlxalq mərkəzlər də ermənipərəst mövqedən çıxış edərək, bu məqsədə xidmət edirlər. Ona görə də belə layihələr təşkil olunur?. QAT bu layihənin Bakıda reallaşdırılmasına imkan verməyəcəyini də qeyd edib: ?Konsertin baş tutmaması üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu konsertə gələnlər də, işi təşkil edənlər də, peşman olacaqlar?. Qeyd edək ki, Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi ?I, Culture ?rchestra? layihəsi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA