ictimai Palatanın Naxçıvan Muxtar Respublika Təzkilatı növbəti yuığıncağını keçirib

img

09-08-2012 [01:37]


Avqustun 8-də Müsavat Partiyası Naxçıvan MR Təşkilatının qərərgahında İctimai palatanın Naxçıvan Myuxtar Respublika Təşkilatının kordinassiya şurası növbəti yuığıncağını keçirib. Yığıncaqda yeni üzvlərin qəbyul məsələsinə baxılıb və İP-ə yeni üzvlər qıbul olunub. Bundan başqa ölkədə və muxtar respublikada ictimai-siyasi vəziyyət, növbəti prezident seçkilərinə qədər Azərbaycanda normal seçki mühütünün yaradılması haqqında müzakirələr aparılıb. Habelə muxtar respublikada son dövürlər dahada şiddətlənən özbaşınalıqlara, qanunsuzluqlara, məmur özbaşınalığına və sahibkarların total şəkildə hüquqlarının pozulmasına, müxalifət qəzetlərinin muxtar respublikaya buraxılmamasına münasibət bildirirlib. Qərara alınıb ki, baş verən qanunsuzluqlar, məmur özbaşınalığı, rüşvətxorluk və korrupsiya halları, prezidentin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvana ayrılan 10 mlyon manat əlavə vəsaitin aqibəti və təyinatı, son dövrlər bəzi yüksək çinli məmurların Naxçıvanda milyonlar dəyərində tikdirdikləri mülklər barədə aidiyyatı qurumlara sorğular göndərilsin, araşdırmalar aparılsın və müvafiq bəyanatlar verilsin. İP Naxçıvan MR Təşkilatının kordinassiya şurasının növbəti yığıncağı avqustun 26-na saat 11.00-a təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA