MMP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

08-08-2012 [04:16]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Daha sonra partiyada verilən qərarların icrası və cari məsələlərin hesabatı dinlənilib. Dinləmələr zamanı məlum olub ki, ümumilikdə partiyada durum qənaətbəxşdir. İsti ay olmasına baxmayaraq verilən qərarlar da partiya üzvləri tərəfindən səmərəli qaydada yerinə yetirilir. Toplantının gedişatında MMP sədri Hafiz Haciyev gördüyü işlər haqda hesabat verib. Hafiz Hacıyev son 2 ayda gördüyü işlər və keçirdiyi görüşlər haqda toplantı iştirakçılarını məlumatlandırıb. O, öhdəsinə götürdüyü işin çox çətin olduğunu etiraf edib: ?Partiya üzvləri qarşısında üzərimə götürdüyüm iş çətin və risklidir. Mən illərdir dövlətim, millətim və xalqım naminə heç nədən qorxmadan çalışıram. Məqsədim ölkəmin əmin amanlığı, dövlətimin sabitliyi və bütövlüyü, xalqımın firavan yaşaması üçün nə isə etməkdir?. Son günlər mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi iddiası ilə Baş Prokuroluğa ünvanladığı müraciətin nəticələri haqda da partiya sədri məlumat verib. Hələlik istintaq sirri olduğundan ictimaiyyətə heç bir açıqlama verə bilmədiyini deyən Hafiz Hacıyev işin gedişatından razı qaldığını vurğulayıb. Sonda yeni qərarlar qəbul edilib, partiya rayon təşkilatlarına yeni tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA