ilyas ismayılov seçiciləri ilə görüzüb

img

08-08-2012 [03:18]


Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindəki seçiciləri ilə növbəti görüşləri başlayıb. Partiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ilk görüş bu gün Qazax rayonunun Xanlıqlar kəndində olub. Əsasən içməli və əkin su probleminin qaldırıldığı görüşdə kənd icra nümayəndəliyinin və yerli bələdiyyənin rəhbərləri də iştirak ediblər. Havaların həddən artıq isti keçdiyi və məsələnin aktuallığı nəzərə alınaraq problemin təcili həll olunmasının vacibliyi barədə ümumi razılığa gəlinib. İ.İsmayılov daha sonra seçiciləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib və onların çoxsaylı suallarını cavablandırıb. İlyas İsmayılovun sabah üçün Ağstafa və Tovuz rayonlarındakı seçiciləri ilə də görüşləri nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA