Murtuz Ələsgərov I Fəxri Xiyabanda dəfn ediləcək (Yenilənib)

img

07-08-2012 [11:07]


Azərbaycan Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov 84 yaşında vəfat edib. Murtuz Ələsgərov bu gün səhər saatlarında Təzəbazarın yaxınlığındakı evində qəflətən dünyasını dəyişib. Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. ?İstiqlal? ordeni, ?Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu? ilə təltif edilib. MDB-nin ?Sodrujestvo? ordeninə və Rusiya Federasiyasının ?Dostluq? ordeninə layiq görülüb. Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993?1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri idi. Yeni Azərbaycan Partiyasının saytında M.Ələsgərovun YAP sədrinin iki müavinindən biri olduğu qeyd edilib. M.Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. M.Ələsgərov 3 övlad atasıdır. Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını namizədlər siyahısına daxil etmədi. M.Ələsgərov son vaxtlaradək Bakı Dövlət Universitetinin müəllimi işləyirdi. Məlumatlara görə, onun səhhətində bəzi problem olduğundan dərsə gəlib-gedə bilmirmiş. Son məlumata görə, Murtuz Ələsgərovla vida mərasimi avqustun 8-də saat 15.00-dan 17.00-dək Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək. APA-nın xəbərinə görə, mərhum I Fəxri Xiyabanda dəfn ediləcək. #399;l

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA