Sərdar Cəlaloğlu: ?Bildirdilər ki, bir xanım gəlib, PKK-nın liderlərindəndir, bizimlə görüzmək istəyir?

img

05-08-2012 [03:15]


1993-cü ilin yayında baş verən 4 iyun qiyamından sonrakı bir neçə ayda Azərbaycanın daha 5 rayonu - işğal edildi. Bununla da işğal edilən rayonların sayı 8-ə çatdı. Bugünlər Azərbaycan torpaqlarının işğal səbəbləri mediada bir daha müzakirə edilməkdədir. Müzakirələrə qoşulan Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat attaşesi, 1990-2000-ci illərdəki Azərbaycanın siyasi gündəmi haqqında ?Azadlıqdan tiranlığa? əsərinin müəllifi Turqut Ər eks-spiker Rəsul Quliyevi dolayısı ilə işğala əsas yaratmaqda suçlayıb. Bundan sonra ADP sədri Sərdar Cəlaloğlu eks-spikeri müdafiə edərək, onu işğalda suçlamağın doğru olmadığını deyib. ?Azadlıq? qəzetinə məktub göndərən Turqut Ər məsələyə bir daha qayıdıb. Bu barədə qəzetimizdə ətraflı məlumat gedib. Lakin Turqut bəy ?Azadlıq?a yolladığı məktubunda bir fərqli cümlə işlədib: ?Məgər mən onun (S.Cəlaloğlunu nəzərdə tutur-red.) PKK rəhbərlərini qarşılamasından danışıram ki, o özünü Rəsul Quliyevi dəstəkləməyə borclu sayır?? Yada salaq ki, söhbət 1992-ci ildə Sərdar Cəlaloğlunun Naxçıvanda PKK lideri Abdullah Öcalanın müavinlərindən olan Dilanla görüşməsindən gedir. O görüşdə Sərdar Cəlaloğludan başqa daha 5 nəfər iştirak edib. İddialara görə, bunlardan biri də indi Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərdir. O, açıqlamalarında bu görüşdə iştirakını dəfələrlə inkar etsə də, S.Cəlaloğlu ?Yeni Müsavat?a müsahibəsində faktı bir daha təsdiq edib: ?Görüş 1992-ci ilin, səhv etmirəmsə, iyun ayında olub. Naxçıvanda bir toy məclisindəydik, bizə bildirdilər ki, bir xanım gəlib, PKK-nın liderlərindəndir, bizimlə görüşmək istəyir. Biz də 5-6 nəfər toydan çıxıb bir çayxanada oturub onunla söhbət etdik. Mənə deyiləndə ki, bir PKK-lı qadın görüşmək istəyir, mən ondan imtina etməliydim? Görüşdə iştirak edənlərdən biri Sülhəddin bəy idi. O zaman Sülhəddin bəy AXC təşkilat şöbəsinin sədri, mən isə onun müavini idim. Mənim Sülhəddin Əkbər olmadan belə bir görüşdə iştirakım mümkün deyildi. İndi bilmirəm o bunu niyə təkzib edir. Özü bilər.. Ancaq burda gizlətməli nə var?? Sərdar Cəlaloğlu haqqında danışılan görüşlə bağlı yalnız fəxr etdiyini deyir:?Dilan o zaman Azərbaycan haqqında olduqca yanlış fikirdəydi. PKK təmsilçilərinə elə gəlirdi ki, Azərbaycanda və Azərbaycanla sərhəddə yerləşən Ermənistan ərazilərində 1 milyondan artıq kürd yaşayır. Ancaq mən ona anlatdım ki, Azərbaycanda çox olsa 20-30 min kürd var. Həm də onlar kompakt yox, dağınıq yaşayır. Üstəlik, özünü kürd kimi tanıdan insanların antropologiyasına baxanda 90 faizinin kürd olmadığı aydın görünür. Aydındır ki, bu təsəvvür PKK-da SSRİ rəhbərlərinin iddiası ilə yaranmışdı. O zaman SSRİ rəhbərliyi bu ərazinin adını Kürdüstan qoyub daha bir süni gərginlik ocağı yaratmaq istəyirdi. Dilan bizə bildirdi ki, siz burada, biz də Türkiyədə milli azadlıq hərəkatı aparırıq, gəlin bir-birimizə dəstək verək. Bu, əslində, Dilanın ikinci vəzifəsi idi. Birinci vəzifəsi isə o idi ki, Dilan Qubadlı tərəfə keçib kürdləri ermənilərlə savaşmamağa razı salmalıydı. Mən Dilana PKK-nın yaranmasını, onun seçdiyi yolu başdan-ayağa izah elədim. Dilandan soruşdum ki, sən necə düşünürsən, kürd də müsəlmandır, türklər də, o zaman niyə Avropa, ya Rusiya sizə silah verib, din qardaşlarnızla mübarizəyə göndərir, niyə siz ərəblərlər, türklərlə, farslarla savaşırsınız? Lap tutaq ki, dövlət yaratdınız. Sabah siz dünyaya çıxış üçün mütləq savaşdığınız xalqların ərazilərindən keçməlisiniz. Bu necə mümkün ola bilər? Ona başa saldım ki, bu hərəkat yalnız bölgədə sabitliyi pozmaq üçün yaradılıb. Dilan o zaman xeyli şəxslə, hətta Heydər Əliyevlə də görüşmüşdü. Mənə dedi ki, bu məsələləri mənə sizin qədər aydın izah edən olmamışdı. O etiraf elədi ki, PKK o qədər uzağa gedib ki, artıq geri dönüş şansı yoxdur. Çünki nə bu qədər tökülən qanların üzərindən keçib türklərlə barışa, nə də Avropa dövlətləri qarşısında götürdükləri öhdəliklərdən boyun qaçıra bilərlər. Dilan mənə söz verdi ki, bu görüşdən sonra Türkiyəyə qayıdacaq, bundan sonra da Azərbaycandakı kürdlərlə münasibət qurulması ilə bağlı heç bir iş aparılmayacaq?. S.Cəlaloğlu Dilanı Azərbaycandan birdəfəlik getməyə inandırmasından məmnunluq hissi keçirdiyini deyir: ?Mən bunu Azərbaycana xidmət sayıram. Bu gün Ərdoğan hökuməti terrorçuların liderləri ilə danışıqlar aparırsa, bizim sözügedən görüşümüz qəbahət hesab edilə bilməz. Xüsusən onun nəticələri Azərbaycan üçün müsbət olubsa. Mənim Turqut bəyə çox böyük hörmətim olub və hörmət qalmaqdadır. Mən bu görüş haqqında da Turqut bəyə özüm danışmışam. Hər zaman da addımlarımla bağlı onunla məsləhətləşməkdə maraqlı olmuşam. Görüş haqqında gizlədəcəyim heç bir məqam yoxdur. Ona görə də Turqut bəyin bu ikibaşlı danışmasını yersiz sayıram. Mən Azərbaycanda bir çox siyasətçilərdən fərqli olaraq şəffaf siyasət aparıram və görüşlərim haqqında hər hansı məqamı gizləmək fikrindən də deyiləm. Çünki mən ancaq milli maraqlara xidmət edən addımlar atıram?. R.Quliyev məsələsinə gəlincə, S.Cəlaloğlunun sözlərinə görə, Turqut Ər Azərbaycanda olarkən ondan eks-spiker haqqında fikirlərini də soruşub: ?Mən Turqut Ərdən Rəsul Quliyevin Azərbaycan siyasətindəki rolu haqqında soruşanda o mənə bildirdi ki, xalq Rəsul Quliyevə pul kisəsi kimi baxır. Əgər o, hansısa siyasi partiya, ya da elektoratı öz arxasında apara bilsə, Azərbaycan siyasətində müəyyən söz sahibi ola bilər?. Aygün MURADXANLI, "Musavat.com"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA