?iRƏLi? Yeni Media Akademiya iztirakçıları təcrübədə

img

04-08-2012 [05:30]


?Yeni Media Akademiya? layihəsinin iştirakçıları Yurd Tv-də təcrübədə olublar. İştirakçıları qarşılayan Yurd Tv-nin ?Xəbərlər? departamentinin direktoru Səadət Məmmədova öncə iştirakçıları radio, montaj və digər iş otaqları ilə tanış edib, onlara xəbərlərin montaj olunma prosesini qısa olaraq göstərib. Daha sonra Səadət Məmmədova fərdi olaraq, iştirakçıların nitqini, danışıq tərzini yoxlayıb. Hər bir iştirakçı suflyordan mətni oxuyaraq, özlərini xəbər aparıcısı kimi sınamağa çalışıblar. Tələbələrin çıxışını diqqətlə izləyən S.Məmmədova sonda onlara öz fikrini bildirib, nöqsanlarını qeyd edib və lazım olan tövsiyyələri verib. Səadət Məmmədova iştirakçılara öz məqsədlərinə yalnız üzərilərində daha çox çalışmaqla nail ola biləcəklərini qeyd edib və gələcəkdə ?Yeni Media Akademiya?sının fəal iştirakçılarının da bu sahədə çalışmaq imkanının olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA