ALP-dən Rüstəm ibrahimbəyova tam dəstək

img

03-08-2012 [02:58]


"Azərbaycan cəmiyyətindəki bəzi eybəcərlikləri son zamanlar haqlı tənqid edən kinodramaturq, Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, ?Oskar? mükafatı laureatı Rüstəm İbrahimbəyov bir qrup məmurun və iqtidaryönümlü düşünənlərin qəzəbinə tuş gəlib". Bu fikirlər Azərbaycan Liberal Bəyanatında yer alıb: "R.İbrahimbəyovu tənqid edənlər onun qaldırdığı problemləri kənarda qoyurlar. O problemləri müzakirə etməyə, bu mövzuda polemikaya qoşulmaq, çıxış yollarını aramaq, göstərmək əvəzinə R.İbrahimbəyovun şəxsiyyətini hədəfə götürürlər. Bəzi ?növbətçi tənqidçilər? isə iqtidara xoş görünmək üçün bu kampaniyaya qoşulublar. Yaxşı olar ki, R.İbrahimbəyovu təbqid edənlər neft-qaz ölkəsinin vətəndaşlarının niyə yoxsulluq, səfalət içində yaşadığına, əhalinin yarısına qədərinin niyə ölkəni tərk etdiyinə, xalqın kütləvi işsizlikdən niyə əziyyət çəkdiyinə, elmin və təhsilin niyə bərbad günə düşməsinə, niyə Azərbaycanın dünyada korrupsiya simvolu sayılmasına, niyə məmur oğurluğunun, talançılığın, rüşvətxorluğun, saxtakarlığın, hakim siyasi kursa çevrilməsinə izahat versinlər. R.İbrahimbəyovun tənqidçilərin unutmamalıdırlar ki, onların həqiqəti deyən hər bir vətəndaşın, o cümlədən dünya mədəniyyət tarixinə Azərbaycan kinosunun, mədəniyyətinin adını qızıl hərflərlə yazmış bir ziyalının bolşeviksayağı, haqsız tənqid kampaniyasının hədəfinə çevirmələri AZƏRBAYCAN ADINA mənəvi zərbədir. Rüstəm İbrahimbəyovun tənqid etdiyi, cəmiyyəti tənəzzülə aparan, Azərbaycanı bütün dünyada gülüş hədəfinə çevirən problemlər uzun illərdir Liberal Partiyanı narahat edir". ALP Rüstəm İbrahimbəyova qarşı aparılan bu mütəşşəkkil kampaniyanı yolverilməz sayır və iqtidarı bu biabırçılığa son qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA