Bakı Apellyasiya Məhkəməsindən gözlənilməz qərar

img

02-08-2012 [07:27]


Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abidinbəyovun sədrliyi ilə İranın ?Səhər? televiziyasının müxbiri Anar Bayramlının Binəqədi Rayon Məhkəməsinin 9 iyun 2012-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Onun vəkili Anar Qasımlı prosesdə çıxış edərək bildirib ki, A.Bayramlının həbsi onun jurnalist fəaliyyəti ilə əlaqədardır. A.Qasımlı müdafiə etdiyi şəxsin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanındığını, apellyasiya şikayətinin təmin edilməsinin Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcəyini bildirib. O, A.Bayramlının barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Dövlət ittihamçısı Ceyhun Budaqov isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istədiyini bildirib. Müşavirədən sonra hakim apellyasiya şikayətinin qismən təmin edilməsi, A. Bayramlının barəsində çıxarılmış ikiillik həbs müddətinin bir ilə endirilməsi ilə bağlı qərar çıxarıb. Xatırladaq ki, Anar Bayramlı fevralın 17-də saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsi isə onun barəsində ikiillik həbs qərarı çıxarıb. ("Turan")

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA