Ziyalılar arasında ciddi cəbhələzmə hakimiyyətdaxili qruplazmaların fəallığı ilə bağlıdır

img

02-08-2012 [04:01]


"Ziyalıların arasında ciddi cəbhələşmə gedir və bu hakimiyyətdaxili qruplaşmaların fəallağı ilə bağlıdır. Biz bir neçə dəfə qeyd etmişik, yenə təkarar edirəm ki, ölkədə qarşıdurma yaratmaq, xüsusilə də ziyalıların qarşı-qarşıya qoyulması düzgün deyil. Bu cəmiyyətdə qarşıdurmaya gətirib çıxarır". Bu fikirləri AİDP sədri Tahir Abbaslı təşkilatın mətbuat xidmətinə açıqlamasında bildirib. Son günlər ziyalılar arasında ciddi cəbhələşmənin getdiyini deyən AİDP sədri hesab edir ki, bu hakimiyyətdaxili qruplaşmaların fəallağı ilə bağlıdır: "Fikrimcə bu hakimiyyətin ciddi problemidir və gələn il seçkisində onun üçün başağrısına çevrilə bilər. Görünür elə bu prosesi aparanlar məhz gələn ilə hazırlaşırlar". Tahir Abbaslı deyir ki. bütün hallarda ziyan çəkən cəmiyyətdir: "Hesab edirəm ki, bu hal cəmiyyətdə çaşqınlıq yaradır. Əgər hər hansı proses başlasa cəmiyyət heç bir qüvvənin ardınca getməyəcək və iştişaşa olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA