"Səfər Əbiyev və Nəcməddin Sadıqov artıq Azərbaycan Silahlı Qüvvələrinin çox böyük bəlasına çevriliblər"

img

02-08-2012 [03:29]


"Son günlərdə Azərbaycan Ordusunda neqativ hadisələrin baş verməsi, ölüm hallarının artması ilə bağlı həyacan doğrucu xəbərlərin sayı artıb. Bu hal, əsgərlərimizin intihar etməsi, bir-birlərinə atəş açması, əsir düşmələri ilə bağlı faktlar ciddi narahatlıq doğurur". Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının bəynztında yer alıb: "Biz Azərbaycan ordusu haqqında mənfi rəyin yaradılmasının əleyhinəyik və dəfələrlə bu cəhdlərə qarşı çıxmışıq. Azərbaycan Ordusu bütövlükdə güclü və döyüşəqabil vəziyyətdədir. Bizim qənaətimizə görə Azərbaycan Ordusu və əsgəri hər an düşmənə qarşı hərbi əməliyyatlara başlamağa və qalib gəlməyə hazırdır. Azərbaycan Ordusu ilə bağlı heç bir probilem yoxdur, probilem Müdafiə nazirliyinin rəhbərliyindədir. Bu qədər xoşagəlməz hadisə baş verirsə, artıq nəticə çıxarılmalı, ölçü götürülməlidir. Səfər Əbiyev və Nəcməddin Sadıqov artıq Azərbaycan Silahlı Qüvvələrinin çox böyük bəlasına çevriliblər. Onlar Müdafiə nazirliyini özlərinin şəxsi artellərinə, şirkətlərinə, şəxsi varlanmaq vasitəsinə çeviriblər. Bu artıq Azərbaycanda hamı üçün aydındır, hamı bunu görür. Bu vəziyyətə artıq dözmək olmaz, təcili tədbirlər görülməlidir. Biz hesab edirik ki, Müdafiə nazirliyində özlərinə ?isti yuva? qurmuş, ordunu gəlir mənbəyinə çevirmiş, hərbi nizam-intizamı yox dərəcəsinə endirmiş Səfər Əbiyevlə Nəcməddin Sadıqov dərhal istefaya göndərilməli, onların məsuliyyət məsələsinə baxilmalı, Müdafiə nazirliyinin rəhbərliyinə yeni, savadlı, bacarıqlı zabitlər gətirilməlidir. Bu cütlüyün hansı keyfiyyətlərinə görə bu günə qədər, bu qədər uzun vaxt ərzində Müdafiə nazirliyinin rəhbərliyində saxlanılması başa düşülən deyil və haqlı olaraq çoxlu suallar doğurur. Biz milli maraqları nəzərə alaraq Müdafiə nazirliyi qarşısında etiraz aksiyalarından çəkinir, lakin bu aksiyaları istisna da etmirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA