MMP Qadınlar Şurasının toplantısı keçirilib

img

01-08-2012 [10:46]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında MMP Qadınlar Şurasının iclası keçirilib. İclasda əsasən qarşıdan gələn prezident seçkiləri və bu istiqamətdə həyata keçirilən hazırlıq işləri, qadınların bu seçkilərdə fəallığının daha da artırılması haqqında müzakirələr aparılıb. Cəmiyyətin aparıcı qüvvələrindən biri olan qadınların ictimai-siyasi həyatımızdakı rolundan bəhs açan MMP sədri Hafiz Haciyev qeyd edib ki, hazırda ölkəmizdə bütün sahələri əhatə edən qlobal dəyişikliklər baş verir. Azərbaycan qadını hər zaman öz ağlı ,fərasəti, mərdliyi ilə daxildə öz ailəsinə,cəmiyət içində isə vətəninə,dövlətinə dəstək olub. ?Mən inanıram ki,Muasir Musavat Partiyasının üzvü olan hər bir Azərbaycan qadını, hər bir azərbaycanlı ana dövlətinin qüdrətlənməsi, vətəndaş cəmiyyətinin daha da güclənməsi istiqamətində öz üzərinə düşən məsuliyyəti dərk edir. Çünki dövlətin kiçik forması olan ailədə birliyin yaranmasının,evlad tərbiyəsinin və digər problemlərin yükü məhz ananın çiyninə düşür və O,bu işin öhdəsindən layiqlə gəlir. Partiyada da bu günə qədər verilən tapşırıqlar qadınlar təşkilatı tərəfindən həmişə uğurla həyata keçirilib. Umudvaram ki,bundan sonar da siz qadınlarla başladığımız işi uğurla başa vuracağıq?. Hafiz Haciyev öz cıxışında qeyd edib ki,bu günki tədbirin keçirilməsində məqsəd, partiyanın qadınlar təşkilatının gələcək fəaliyyətini daha yaxşı qurmaq, qadınların ictimai-siyasi proseslərə daha aktiv qoşulmasına nail olmaq üçün təkliflər planı hazırlamaqdan ibarətdir. Daha sonra çıxış edən MMP Qadınlar şurasının sədri Nigar Əliyeva da qadınların cəmiyyətdə tutduğu aparıcı mövqedən bəhs edib. O, bildirib ki, təmsil etdiyi partiya qadınlarımızın və gənclərimizin cəmiyyətdəki fəallığının artırılması yönündə müxtəlif tədbirlər həyata keçirərkən ,bir azərbaycan qadını kimi bundan qürur duyub. O, daha sonra qarşıdan gələn prezident seçkilərinə toxunub. Təşkilat sədri bildirib ki, bu seçki marafonunda qadınlar da üzərinə düşən məsuliyyəti nəzərə almalı və işlərinin öhdəsindən layiqincə gəlməlidirlər. Tədbirin sonunda Hafiz Haciyev son vaxtlar gündəmdə olan və ictimayətin diqqətini cəlb edən mərhum prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənərək dünyasını dəyişməsi ilə bağlı MMP-çi qadınların suallarını cavablandırıb və bu yöndə onlara da xüsusi tapşırıq verilib ki,onlar bu xəyanəti törədən şəxsin iç üzünü xalqa tanıtdırsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA