ümid Partiyası iki rayonda müzavirə keçirdi

img

31-07-2012 [05:54]


Ümid Partiyasının Qəbələ və Göyçay rayonlarında növbəti müşavirələri keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, hər iki tədbirdə partiya sədrinin müavinləri Taleh Əliyev və Ruslan İzzətli iştirak edib. Qəbələ şəhərində keçrilən müşavirəyə Ümid Partiyası rayon şöbəsinin sədri Elsəvər Şükürov sədirlik edib. Bakıdan gələn qonaqları və rayon fəallarını salamlayan natik, Şəki regonal müşavirəsində rayon şöbələrinin qarşısına qoyulan vəzifələrdən danışıb. Elsəvər bəy bu ilin payız aylarında keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müşavirə iştirakçılarına geniş məlumat verərək bildirib ki, Ümid Partiyasının aparıcı rayon şöbələrindən olan Qəbələ təşkilatı irəlləyən mərhələdə də partiya daxilində özünün aparıcılıq funksiyasını qoruyub saxlamalıdır. Bunun üçün də rayon şöbəsində təşkilatlanmaya və təbliğati işlərə diqqət artırılmalıdır. Müşavirədə çıxış edən rayon fəalları yeni-yeni insanların partiya sıralarına cəlb olunması üçün respublika səviyyəli problemlərlə yanaşı yerli problemlərədə diqqət ayırmağı məqsədə uyğun sayıblar. Günün ikinci yarsında Göyçay şəhərində keçirilən müşavirəyə isə partiyanın rayon şöbəsinin sədri İlqar Yusifov rəhbərlik edib. İlqar bəydə bu yaxınlarda Göyçayda keçirilən regonal müşavirədə müzakirə olunan məsələlər və qarşıya qoyulan vəzifələr barədə danışaraq bildirib ki, Ümid Partiyasının Göyçay rayon şöbəsinin yeni formalaşmasına baxmayaraq Partiya rəhbərliyinin yüksək ehtimadını qazanıb, biz qarşıya qoyulan vəzifələrə əməl etməklə bu ehtimadı doğrultmalıyıq. Rayon şöbəsinin məclis sədri İlqar Məhərrəmlidə çıxış edərək bildirib ki, partiyanın rayon şöbəsinin təşkilatlanması üçün çox münbit şərait var və biz bu imkanlardan yararlanmalıyıq. Ümid partiyası sədrinin müavinləri Taleh Əliyev və Ruslan İzzətli hər iki müşavirədə çıxış edərək partiyanın yeni strategiyası barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermiş və onları maraqlandıran sualları cavablandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA