Elmar Məmmədyarov Argentinanın xarici izlər və etiqad naziri ilə görüzüb

img

27-07-2012 [05:24]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanla görüşüb. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, görüşdə vurğulaıb ki, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin təsis edilməsi, son dövrlər həyata keçirilmiş qarşılıqlı səfərlər, tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, habelə biznes forumların keçirilməsi Azərbaycanla Argentina arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açıb. Nazirlər həmçinin, regional və beynəlxalq aləmdə gündəlikdə duran məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparmış və iqtisadi-ticarət, sərmayə, elm və texnologiyalar sahələrində əlaqələrin genişləndirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, aqrobiznes, əczaçılıq, İKT, infrastruktur, tikinti sektorlarında birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib. Görüşün sonunda Azərbaycan və Argentina xarici işlər nazirləri ?Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair Saziş?i imzalayıb. İmzalanma mərasiminin ardınca Nazirlər birgə mətbuat konfransı keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA