isa Qəmbərdən Rəsul Quliyevə cavab

img

27-07-2012 [12:54]


Eks-spiker Rəsul Quliyev ?Bizim Yol? qəzetinə verdiyi müsahibədə 2003-cü ilin seçki dönəmi ilə bağlı bir sıra məsələlər haqqında danışıb. R.Quliyevin sözlərinə görə, o zaman ADP təmsilçiləri onun təkliflərini İsa Qəmbərə çatdırıb. Sitat: ?İsa bəyə dəstək verirəm, o, prezident seçiləndən 1 il sonra yeni prezident seçkilərinə start verir. Yəni İsa Qəmbər müvəqqəti prezident olur. İkincisi, mən baş nazir oluram, bütün nazirləri baş nazir təyin edir... Bundan sonra İsa Qəmbərə dəstək verdim?. Rəsul Quliyev iddia edir ki, İsa Qəmbərin namizədliyini dəstəkləməsi faktı Müsavat başqanının xeyrinə olub - eks-spikerin tərəfdarlarının hesabına keçirilən mitinqlərdə vətəndaşların kütləvi iştirakı müşahidə edilib. O, bunu mənsub olduğu klanın müxalifətə dəstəyi kimi qələmə verib: ?Nəticədə İsa Qəmbərin mitinqinə gələnləri sayı digər namizəd Etibar Məmmədovun mitinqinə gələnlərdən 3-4 dəfə çox oldu?. Bundan sonra isə R.Quliyev yanlış addım atdığını anladığını bildirir: ?Seçki günü İsa Qəmbər Rusiya telekanallarına müsahibəsində növbəti prezidenti 2013-cü il seçkilərinə hazırlaşmağa çağırdı. Bununla da böyük səhvə yol verdiyimi başa düşdüm?. Rəsul Quliyev həmçinin deyib ki, İsa Qəmbər heç vaxt prezident ola bilməyəcək. Müsavat Partiyasının başqanı İsa Qəmbər ?Yeni Müsavat?ın deyilənlərlə bağlı sualına cavab olaraq bildirib ki, siyasi fəaliyyəti bitən bir şəxsin söylədiklərinə zaman ayırmaq fikrində deyil: ?2005-ci ildə o, özü siyasi fəaliyyətinə son qoydu?. Yada salaq ki, 2005-ci il parlament seçkiləri dönəmində 1996-cı ildən ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyevin Azərbaycana qayıdışı gündəmdə idi. O zaman Rəsul Quliyev Azərbaycana yola çıxsa da onu gətirən uçaq Ukrayna ərazisində Simferopol şəhərində yerə endirildi. O zaman Müsavat başqanı İsa Qəmbər Simferopola gedərək eks-spikerlə görüşdü və onu yolundan dönməməyə, Azərbaycana gəlməyə dəvət etdi. Ancaq həbs edilmə ehtimalının yüksək olduğunu əsas gətirən Rəsul Quliyev bundan imtina edərək qısa zamanda yenidən Birləşmiş Ştatlara qayıtdı. Son bir neçə ayda yenidən onun Azərbaycanın siyasi gündəminə qayıtmaq cəhdləri müşahidə olunur./musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA