MMP yeni qərarlar qəbul edib

img

26-07-2012 [11:17]


Bu gün Muasir Musavat Partiyasının (MMP) mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. MMP mətbuat xidmətindən verilən məlumata görə, toplantıda rayon təşkilat sədrləri və təblat-təşviqat qruplarının rəhbərləri iştirak edib. Toplantı iştirakçıları ilk öncə ölkədə və dünyada baş verən ictimayi-siyasi hadisələr müzakirə edib. Daha sonra 1 ay bundan öncə MMP sədri Hafiz Haciyevin sabiq prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimov tərəfindən zəhərlənərək dünyasını dəyişməsi ilə bağlı baş prokuror Z.Qaralova ünvanladığı müraciət müzakirə edilərək, məsələnin ciddiyəti haqda fikir mübadiləsi aparılıb. Partiya funksionerləri tələb ediblər ki, baş vermiş hadisə ciddi araşdırılmalı, günahkar qanun qarşısında cavab verməlidir. Bu yöndə təbliğat-təşviqat qruplarına da xüsusi tapşırıq verilib ki,onlar bu xəyanəti törədən şəxsin iç üzünü xalqa tanıtdırsın. Toplantıda partiyadaxili məsələlər haqqında rayon təşkilat sədrlərinin hesabatı dinlənilib. İdarə heyəti ölkədə cəryan edən siyasi məsələlərə, xüsasən də radikal müxalifət cəbhəsində hal hazırda mövcud olan vəziyyətə də münasibət bildirib. Özünü müxalifətin aparıcı qanadı hesab edən partiya liderlərinin son vaxtlar aralarında baş verən narazılıqlar və bu narazılıqları yaradan səbəblərin subyektiv və obyektiv tərəfləri qeyd edilib. Xüsusən vahid namizəd məsələsində onların illərdir hələ də birmənalı seçimini edə bilməməsi, bununla bağlı ciddi tərəddüd keçirmələri və həmin cəbhənin xarici qüvvələrin girovuna çevrilmələri qınanıb. Toplantı iştirakçıları qeyd ediblər ki, xaricdə və daxildə yaranmış son dərəcə paradoksal siyasi vəziyyət müxalifətı tamamilə yeni taktika, eləcə də strategiya yaratmağa sövq edir, lakin onların öndəgedənləri bütün variantlarla bunu əngəlləməyə çalışırlar.Toplantı mövcud vəziyyətə uyğun bir sıra yeni qərarların verilməsi ilə başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA