?Neftçi? UEFA-dan təhlükəsizliyin gücləndirilməsini istədi

img

24-07-2012 [02:03]


?Neftçi? bu gün Çempionlar Liqasında ?Zestafoni?yə qarşı keçiriləcən görüşün canlı yayımlanmamasından təəssüfləndiyini ifadə edib. Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytının müxbiri ilə söhbətində bildirib ki, bir qədər əvvəl UEFA nümayəndələri, ?Neftçi? və ?Zestafoni?nin rəsmilərinin iştirakı ilə toplantı keçirilib: ?Həmin toplantıda məlum oldu ki, oyun heç Gürcüstan ərazisində də yayımlanmayacaq. Təəssüf ki, ?Zestafoni? görüşün birbaşa göstərilməsində maraqlı deyil. Bu isə heç bir məntiqə sığmır. Oyun canlı yayımlanmayacağı üçün biz UEFA nümayəndələrindən matçda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini istədik. Çünki oyun televiziyada göstərilməyəcəyindən matça ictimai nəzarət olmayacaq?. ?Neftçi? oyunun gedişatı zamanı hansısa təxribat gözləyirmi? sualına T.Süleymanovun cavabı belə olub: ?Təxribat gözləmirik. Sadəcə, UEFA nümayəndəsindən xahiş etdik ki, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunsun. Çünki burada azarkeşlər tərəfindən oyuna maraq böyükdür. Bizdə olan məlumata görə, biletlərin hamısı satılıb. Azərbaycandan da matça xeyli azarkeş gəlib, eləcə də Gürcüstanda yaşayan bir qrup soydaşımız da bizə dəstək verəcək. Təəssüf ki, ?Zestafoni?nin oyunu həttə Gürcüstanda göstərmək istəməməsi müəyyən suallar yaradır. Ona görə də biz təhlükəsizliyin daha yaxşı səviyyədə qurulmasını istəyirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA