?Qalatasaray? Seneqallı qolçu alır

img

26-06-2012 [02:20]


?Qalatasaray? bu həftə transferlərini gerçəkləşdirəcək. Artıq Sarı-Qırmızılılar İngiltərənin ?Nyukaasl? klubunun Seneqallı qolçusu ilə anlaşıb. ?NTV Spor?un məlumatına görə, bu həftə içində ?Qalatasaray? Seneqallı Demba Banı rənglərinə bağlayacaq: ?Transfer məsələlərində səssizliyini qoryuan ?Qalatasaray? bu həftə içi sükutu pozacaq. ?Aslan?ların hədəfində ilk transfer ?Nyukaasl?ın qolçu oyunçusu Demba Ba ilə bağlı danışıqlar artıq yekunlaşıb. Klublar öz aralarında razılığa gəliblər. Sözləşməsində ?7 milyon ödəyən klub olarsa, oyunçu sərbəst qalır? maddəsi olan Demba Ba üçün son sözü Fateh Terim söyləyəcək. Terimin razılıq verəcəyi təqdirdə, Demba Ba ilə bağlı həftə içində rəsmi açıqlama veriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA