Müsavat ölkədəki hadisələri müzakirə etdi

img

24-07-2012 [11:56]


İyulun 23-də Müsavat Partiyası Divanının toplantısı keçirilib. Müqəddəs Ramazan ayında keçirilən ilk Divan toplantısında xalqımıza, oruc tutanlara arzu və niyyətlərinin qəbul olunması arzulanıb. Divanda daha sonra ötən həftə İctimai Palatanın(İP) Avropa Məhkəməsinin çıxardığı qərarlara həsr olunan dəyirmi masası, İctimai Palatanın toplantısı, keçmiş müsavatçı vicdan məhbuslarının gənclərlə görüşü barədə fikir mübadiləsi aparılıb. Partiyadaxili məsələlərin müzakirəsində Masallıda keçirilən növbədənkənar konfrans haqqında məlumat verilib. İctimai ?siyasi vəziyyətə dair müzakirələrdə bildirilib ki, son zamanlar Dövlət Sərhəd Xidmətinin hərbi anbarında və Heydər Əliyev Mərkəzində baş verən müəmmalı yanğınlar, məmur övladlarının bir?birinə silah çəkmələri ciddi araşdırılmalı, müvafiq nəticələr çıxarılmalı və günahkarlar qanun qarşısında cavab verməlidirlər. Divan hesab edir ki, ictimaiyyətlə dialoqdan dəm vuran hakimiyyət cəmiyyətdə ayrı-seçkilik yaratmaq, insanları üz-üzə qoymaq, onsuz da kifayət qədər gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmək cəhdlərini davam etdirir. Qeyd edilib ki, iqtidarın ayrı-ayrı insanları görkəmli intellektual Rüstəm İbrahimbəyova qarşı qaldırmasına, məmurların ona qarşı böhtan dolu çıxışlarına son qoyulmalıdır. Divan qardaş ölkə Türkiyədə vəkil İntiqam Əliyevə qarşı qaldırılan cinayət işinə bir daha diqqət çəkib. Bildirilib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsində önəmli rolu olan bir vəkilə qarşı təzyiqlər Azərbaycan hakimiyyətindən qaynaqlanır və ya bundan süni şəkildə istifadə olunur. Divan həmçinin həbsdə olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həyatına yaranan təhlükədən narahatlığını ifadə edib. Divan Penitensiar Xidməti bu məsələni nəzarətə götürməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA