Azərbaycan Liberal Partiyası bəyanat verib

img

23-07-2012 [10:05]


Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan torpağında- Dağlıq Qarabağda- separatçı rejim tərəfindən bu günlərədə "prezident seçkiləri" keçirilib. ALP Azərbaycan ərazisində Azərbaycan qanunlarına əsasən, Azərbaycan hakimiyyəti tərəfindən, Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı olmadan keçirilən istənilən seçkilərin qanuniliyini tanımır və hesab edir ki, Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri" Azərbaycan üzərinə heç buir hüquqi və siyasi öhdəlik qoymuir. ALP ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağda keçirilmiş "prezident seçkilərin"ə yumşaq münasibətini qəbiledilməz sayır və onları təcavüzkar Ermənistana və Dağlıq Qarabğdakı separatçı rejimə münasibətdə ədalətli mövqe tutmağa çağırır. ALP beynəlxalq ictimaiyyəti erməni təcavüzünü pisləməyə, Azərbaycan hakimiyyətini isə işğal olunmuş torpaqlarımızı azad etmək üçün xalqımızın bütün imkanlarını səfərbər etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA