Müxalifət partiyası hökumətə təklif verdi

img

20-07-2012 [01:09]


tin qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı sərəncam imzalanması gecikmiş addım olsa da, təqdirə layiqdir". Bu açıqlama ilə AİDP sədri çıxış edib. Onun fikrincə, bu sərəncam evlərin qeydiyyata alınması ilə yanaşı illərlə qeydiyyatsız yaşamış insanların sənədlərini qaydaya sala bilər. Amma partiya sədri bu sərəncamın reallaşdırılmasında problemlərin yaranacağını ehtimal edir: "Hesab edirəm ki, həmin qanunsuz tikililərin meydana gəlməsində vətəndaşları aldadaraq soyan məmurlar yenə "fəaliyyətə" keçəcəklər. Əvvəl rüşvət hesabına tikitiyə icazə verənlər bu dəfə də rüşvət alıb sənəd verəcəklər. Pul verməyənlərin işinə isə minbir bəhanə ilə pəl vuracaqlar". AİDP sədri hesab edir ki, bu mənada korrupsiyaya qarşı aparılan mübarizə kimi bu proses də sonda görüntü xarakteri daşıyacaq və vətəndaşları narazı salacaq: "Zənnimcə hakimiyyət bu prosesi şəffaf aparmaq istəyirsə ictimaiyyətin nümayəndələrini, həmçinin QHT-lərin əməkdaşları iştirak etməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA