ilham Əliyev Polzanın xarici izlər nazirini qəbul edib

img

18-07-2012 [07:28]


Azərbaycan prezidenti İlham Əliyev Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Polşa ikitərəfli əlaqələri, Avropa İttifaqı və ?Şərq tərəfdaşlığı? proqramı çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA