ümid Partiyası Göyçay rayonunda növbəti Regional Müzavirə keçirib

img

17-07-2012 [03:29]


İyul ayının əvvəlindən başlayan Regional Müşavirələrin növbəti toplantısı Göyçay rayonunda keçirilib. Müşavirəyə Göyçayla yanaşı Zərdab, Ucar, Ağsu və Şamaxıdan olan ümidçilər qatılıb. Göyçay Regional Müşavirəsində İctimai Əlaqələr üzrə müavin Aynur İmranova, Seçki və Təbliğat məsələləri üzrə müavin Taleh Əliyev iştirak edib. Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə telefon bağlantısı ilə müşavirəyə qatılıb. O, 2013 il prezident seçlikərinə hazırlıqla bağlı partiya qarşısında duran vəzifələri iştirakçıların nəzərinə çatdırıb. İqbal Ağazadə müşavirə iştikaçıları ilə yanaşı bütün ümidçilərə xoş arzularını ifadə edib. Daha sonra Aynur İmranova ölkədəki ictimai-siyasi vəziyyət haqqında məruzə edib. Taleh Əliyev isə öz çıxışında partiyanın qarşısında duran vəzifələrdən söz açıb. Sonda partiyanın Göyçay, Zərdab, Ucar, Ağsu və Şamaxı rayon şöbə sədrləri təşkilatlanma və yerlərdəki problemlərlə bağlı müşavirə iştirakçılarına məlumat verib. Müşavirənin yekununda belə görüşlərin partiya quruculuğunda müsbət əhəmiyyəti nəzərə alınaraq daha intensiv keçirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA