QAT-dan isa Qəmbərə qarzı bəyanat

img

16-07-2012 [04:00]


Qarabağ Azadlıq Təşkilatı (QAT) İsa Qəmbəri tənqid edən bəyanat verib. Bəyanatda QAT Müsavat partiyasının başqanı İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı deyilən təşkilatla əməkdaşlıq təşəbbüslərini qətiyyətlə pisləyib: ?İsa Qənbərin 2010-cu ilin oktyabr ayında Almaniyanın Potsdam şəhərində başlayan və ?Potsdam prosesi? adlanan bu əməkdaşlıq oyunlarında iştirak etməsi Azərbaycan maraqlarına cavab vermir. İşğalçı dövlətin nümayəndələri, hər hansı siyasi partiyası ilə əməkdaşlıq Azərbaycanın milli maraqlarına xəyanətdən başqa bir şey deyildir. Hesab edirik ki, İsa Qəmbər bu addımı ermənipərəst mərkəzlərin, erməni lobbisinin birbaşa təsiri altında atmışdır. Biz bu hərəkətlə bağlı təəssüfümüzü bildirir, bu əməkdaşlıqdan dərhal imtina olunmasını tələb edirik. Biz Müsavat partiyasının üzvlərini bu məsələyə obyektiv yanaşmağa, partiya maraqlarından deyil, dövlət və Qarabağ maraqlarından çıxış edərək düzgün qiymət verməyə, ədalətli mövqe tutmağa çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA