Hafiz Hacıyev Baz Prokurorluqda ifadə verdi

img

16-07-2012 [03:41]


Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir neçə gün bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığı məktubla əlaqədar həmin idarəyə çağırılıb. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumatda bildirilir ki, o idarədə müstəntiqlərin suallarını cavablandırıb. Partiya sədri iddiasında qərarlı olduğunu, bu cinayətin üstünün açılması üçün əlindən gələni edəcəyini deyib. Hafiz Hacıyev istintaqçılardan məsələ ilə bağlı Elçibəy hakimiyyəti zamanı ona yaxın insanların da dindirilməsini tələb edib. Faktla bağlı şahidlərinin olduğunu qeyd edən H. Hacıyev istintaqda iştirak etmək üçün onlara müraciət edib. Müraciətdə deyilir: ?Hörmətli Elcibəysevərlər bir çox məsələləri açıq söyləməyin, səhvləri etiraf etməyin artıq vaxtı çatıb . Onsuz da səhvlər etiraf olunmasa, xalqa deyilməsə belə əzəl-axır hamı bunları biləcək. Yadınızdadırsa, Elçibəyin cənazəsi bura gətirilən gün Əli Kərimli necə hərəkət etdi. Sizin kiçicik bir etirafınız lazımdır ki, onun cinayəti təsdiq olunsun və cəzasını çəksin. Bəlkə bundan sonra Əbülfəz Elçibəyin ruhu rahat olacaq. Ona görə də sizə müraciət edirəm ki, bu günə kimi Əli Kərimlinin xəyanətləri haqda saxladığınız sirri hüquq mühafizə orqanlarına açıb deyəsiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA