islam Partiyasında daha bir istefa

img

16-07-2012 [03:30]


Azərbaycan İslam Partiyası (AİP) Ağstafa rayon komitəsinin nəzarət-təftiş komissiyasının sədri Səxavət İsmayılov partiyada tutduğu vəzifəsindən istefa verib. İstefasının səbəblərindən danışan Səxavət İsmayılov bildirib ki, İslam Partiyasının mövcud vəziyyəti heç də ürəkaçan deyil və nikbin gələcəyi də yoxdur: ?Bu partiya İslam əqidəsinə əsaslandığını iddia etsə də, təşkilatın artıq ?fatihəsi?ni oxuyublar. Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm. Həmişə fəal olmuşam və ictimai prosesləri yaxından izləmişəm. Ona görə də qərara gəldim ki, İslam Partiyası kimi bir qurumda tutduğum vəzifədən istefa verim. Düşünürəm ki, ən uyğun qərarı qəbul etmişəm. Bu addımım siyasi fəaliyyətimə daha da təkan verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA