Ağdamlılar Səhrad Əliyevin müdafiəsinə qalxdılar

img

14-07-2012 [03:19]


Ağdam rayonundan olan məcburi köçkün, hal-hazırda İsmayıllı rayonunda məskunlaşmış Səhrad Əliyevə qarşı yerli hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təqib kompaniyası ağdamlıların hiddətinə səbəb olub. Ağdam rayonundan olan ziyalılar, siyasi partiyaların nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları tərəfindən imzalanan, MİA-ya daxil olan bəyanatda İsmayıllı rayon hüquq mühafizə orqanlarının Səhrad Əliyevə qarşı saxta ittihamlarla cinayət işi qaldırılması kəskin sürətdə pislənilir. Bəyanat müəllifləri baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edərək, Səhrad Əliyevə qarşı İsmayıllı rayon hüquq mahfizə orqanları tərəfindən aparılan təqib kompaniyasına son qoyulması üçün təcili addımlar atmağa çağırırlar. Bəyanat müəllifləri Səhrad Əliyevin saxta ittihamlarala cinayət təqibinə son qoyulmayacağı təqdirdə ölkənin 56 rayonunda məskunlaşmış ağdamlıları etiraz aksiyaları keçirməyə çağırmaq məcburiyyətində qalacaqlarını da iqtidar rəsmlərinin diqqətinə çatdırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA